Hövzə Xəbər Agentliyinin məlumatına görə, son illərdə xalqın sosial şəbəkələrə və virtual məkanın müxtəlif və çoxşaxəli platformalarına çıxışı o qədər geniş olub ki, bu sahə artıq yalnız əyləncə və ya məlumatlandırma funksiyasını daşımır. Eyni zamanda bir çox insanın, xüsusən də gənc nəsilin həyat tərzinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də sosial şəbəkələr həqiqətən insanların sosial qarşılıqlı əlaqə qurduğu öz şəxsiyyətini ifadə etdiyi və həyat tərzini nümayiş etdirdiyi əsas platformalardan birinə çevrilib.
Demək olar ki, 2000-ci illərin sonlarından etibarən bu şəbəkələrin inkişafı və genişləndirilməsi ilə istifadəçi maraqları da artım tendensiyası göstərib. Xüsusilə İnstaqram, təqdim etdiyi imkanlar və funksionallığı sayəsində, vizual məzmun platformaları arasında ən populyar olanlardan biri kimi insanlar arasında ciddi nüfuz qazanıb.
İnstaqramın insanların həyat tərzinə təsiri
Virtual məkan üzrə tədqiqatçı və media fəalı Höccətül-İslam Həbib Babayi hesab edir ki, sosial şəbəkələr və mesajlaşma tətbiqləri arasında İnstaqram həm açıq, həm də dolayısı yolla ölkəmizin əhəmiyyətli bir hissəsinin həyat tərzinə mühüm təsir göstərib. Qeyd etmək lazımdır ki, bu təsir xüsusilə gənc nəsil, qadınlar və qızlar arasında daha güclü olub.
O əlavə edir ki, yaxınlarda “Milli Sosial Media Mədəniyyəti Sorğusunun" nəticələri dərc olunub. Sorğuda İnstaqramın azərbaycanlıların 72%-i üçün ən populyar sosial media platforması olduğu göstərilib. Hətta iqtisadi sahəyə aid məsələlərdə də ölkədə 3 milyon 700 mindən çox iş və biznes, bloklanmalara baxmayaraq, hələ də bu platformada fəaliyyət göstərir. Bəzi tədqiqatçılar isə hesab edirlər ki, təxminən 4.3 milyon istifadəçi ilə Azərbaycan, İnstaqramdan istifadəyə görə dünyada 47-ci yerdə, İran İslam Respublikası isə təxminən 44 milyon istifadəçi ilə İnstaqramdan istifadəyə görə dünyada səkkizinci yerdədir.
Virtual məkanın yeni həyat tərzində aydın göstəricilər
Bəzi tədqiqatçılar hesab edirdilər ki, bu statistika onu göstərir ki, rəqəmsal iqtisadiyyat və müasir media sahəsi ilə bağlı mövzulardan kənara çıxaraq, əslində Azərbaycan xalqı, xüsusilə gənc nəsil arasında yeni növ virtual həyat tərzinin yayıldığını müşahidə edirik. Bu həyat tərzi isə mədəni, sosial, tərbiyəvi, hətta siyasi və iqtisadi aspektləri özündə birləşdirir.
Tədqiqatçı əlavə edir ki, bu gün İnstaqramda istifadəçilərin gündəlik həyatının nümayişi geniş şəkildə müşahidə olunur. Həmçinin populyar və tanınmış insanlardan nümunə götürmək ciddi və inkaredilməz bir tendensiyaya çevrilib. Bu dəyişikliklərin nəticəsi kimi mədəni prioritetlərdə və istehlak vərdişlərində də dəyişikliklər müşahidə olunur.
O bildirir ki, İnstaqram istifadəçilərə şəxsi, professional və ya bədii kimliklərini nümayiş etdirmək, digər insanların tənqid və ya təsdiqini almaq imkanı yaradıb. Bu proses nəticəsində fərdiyyətçilik güclənib və eyni zamanda bu ailə və dost münasibətlərinə də təsir göstərib.
Sosial davranışları formalaşdıran güclü vasitələr
Höccətül-İslam Babayi həmçinin qeyd edib ki, müasir dünyada sosial media ictimai rəyin, sosial norma və davranışların formalaşmasında güclü rola çevrilib. Onun sözlərinə görə, bu kontekstdə İnstaqram dünyada ən çox istifadə olunan vizual sosial şəbəkə kimi sadəcə əyləncə vasitəsi olmaqdan çıxmışdır və istəsək də istəməsək də müxtəlif sahələrdə Azərbaycan cəmiyyətinin gələcəyinə təsir göstərə bilər. Bu təsir xüsusilə gələcək nəsillərin kimliyi və həyat tərzində dəyişikliklərə səbəb ola bilər.
O əlavə edir ki, istifadəçilərin İnstaqramda həddindən artıq iştirakı nəticəsində görünüş və vizual dəyərlər bu gün daha da önəmli olub. Bu səbəbdən insanlar, xüsusilə gənclər, keçmişdən daha çox görünüşünə, geyimə, bədən uyğunluğuna və lüks həyat anlarını nümayiş etdirməyə diqqət yetirirlər. Bununla belə, bu maraqların çoxu daha çox uğuru nümayiş etdirmək məqsədi daşıyır, real təcrübəni əks etdirmir.
İnstaqramın populyarlığı dövründə, insanların zehnində dəyişiklik
Yazar və jurnalist Mustafa Münfəridin əsas sualı budur: Sosial şəbəkələr əslində zehnimizi və reallığımızı necə yenidən formalaşdırır? Onun sözlərinə görə, gündəlik həyatın sosial şəbəkələrlə sıx bağlı olduğu bir dünyada müasir insan hər zamankından daha çox reallığın davamlı yenidən təyin olunmasına məruz qalır. Bugün bir çoxumuz dünyaya rəqəmsal filtrlər vasitəsilə baxır və onu qiymətləndiririk. Bu filtrlər yalnız şəkillərin işığını və rəngini tənzimləməyib, həm də mənanı, hissləri və qiymətləndirmələrimizi formalaşdırır.
O əlavə edir ki, İnstaqram, çağımızın ən təsirli vizual platformalarından biri kimi bu prosesdə mərkəzi rol oynayır. Yəni gördüklərimizi, inandıqlarımızı və hətta gerçək olduğuna inandıqlarımızı yenidən formalaşdırmaqda əhəmiyyətli təsirə malikdir.
Görüntünün gücü və izləyici maraqlarının yönləndirilməsi
Media və virtual məkan üzrə tədqiqatçı qeyd edir ki, İnstaqramda xüsusilə görüntünün gücü ön plana çıxır. Bu isə burada “görməyin” “bilməkdən ” daha önəmli olduğu mənasını verir. “Vizual mədəniyyət” sahəsində aparılmış tədqiqatlar göstərir ki, istifadəçilər davamlı şəkilləri və filtrləri izləməklə nəyi gözəl, cəlbedici və hətta əxlaq kimi saydıqları bir şeyi öyrənirlər. Beləliklə gözəllik, uğur və xoşbəxtlik meyarları real təcrübədən yox, təkrarlanan vizual mədəniyyətin nəticəsindən yaranır.
O əlavə edir ki, İnstaqramın sosial geri dönüş mexanizmi o cümlədən bəyənmə, şərh, baxış və izləmə və.s insanın özünü qavrama qabiliyyətini formalaşdıran güclü vasitəyə çevrilib. Burada “dəyər” bəyənmələrin sayına görə ölçülür və istifadəçinin məmnuniyyəti və ya narazılığı birbaşa başqalarının reaksiyası ilə bağlıdır. Başqa sözlə, İnstaqram istifadəçisi zamanla öyrənir ki, hansı məzmun daha çox diqqət çəkir, hansı üslub heyranlıq doğurur və hansı görüntü ən çox təsdiqlənir. Bu sadə görünən geri dönüşlər, görünməz sosial dəyərlər yaradır və nəticədə istifadəçinin zehni təsvirinə təsir göstərir.
Mediya istehlakının düzgün tənzimlənməsi
Mustafa Münfərid yekunda vurğulayır ki, istifadəçinin rolunu nəzərə almamaq olmaz. Hər istifadəçi, media savadı, yaşı, mədəni təcrübəsi və şəxsi motivasiyalarına görə sosial şəbəkələrlə fərqli şəkildə qarşılıqlı təsir göstərir. Algoritmlərin necə işlədiyini bilən istifadəçi, media istehlakını daha fəal şəkildə tənzimləyə və təkrarlanan məzmundan qaça bilər. Əks halda, bu mexanizmlərdən xəbərsiz istifadəçi İnstaqramın şüursuz təsirlərinə daha çox məruz qalır.
Hesabat: Seyid Məhəmməd Mehdi Musəvi
Rəyiniz